“VAZ 21 015” “KamAZ”a çırpıldı
Gəndab-Yalama magistralının Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Xaçmaz rayon sakini, 29 yaşlı Yusifov Namilin idarə etdiyi “VAZ 21 015” markalı avtomobili rayon sakini Rəşad Qədimovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 21015" markalı avtomobilə ciddi ziyan dəyib. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı