Komitə sədri: "Fəaliyyətimizin inkişafl..."
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən komitə sədri Ramiz Həsənov bildirib ki, bu gün müstəqil Azərbaycan öz inkişafı, iqtisadiyyatı, mədəniyyəti ilə dünyada tanınır. Bütün bunların təməlində isə Heydər Əliyevin uzaqgörənliyi və vətənpərvərliyi dayanıb.
Ramiz Həsənov bildirib ki, rəhbərlik etdiyi komitənin fəaliyyət istiqamətlərinin inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra çıxış edən struktur bölmə rəhbərləri və gənc dövlət qulluqçuları Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar və s. məsələlər ilə bağlı məruzələr ediblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı