Bank Of Baku

Mariupolun mərkəzində atışma başlayıb, yaralananlar var

# 16:28
9 may 2014

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində atışma gedir, xəsarət alanlar var.

"RBK-Ukrayna" KİV Mariupol şəhər milis İdarəsinin və hərbi hissənin ələ keçirildiyi barədə məlumat yayıb. Şəhərin tibb xidmətinin məlumatına görə, odlu silahla yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib.

"UNİAN" agentliyinin xəbərinə görə Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binasını azad etməyə çalışan hökumət qüvvələri ağır texnikadan istifadə edirlər.

Şəhərin mərkəzində davam edən atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yerli separatçılar bildirirlər ki, Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binasını azad etməyə çalışan hökumət qüvvələri ağır texnikadan istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR