Bu gün "Eurovision-2014"ün finalıdır
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision-2014" mahnı müsabiqəsinin finalı keçiriləcək. Ötən gün finalçılar məşq ediblər.
37 ölkə arasından finala qalan iştirakçılar çıxış sırası ilə səhnəyə çıxıblar.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə təmsil edən Dilarə Kazımova finalda səhnəyə üçüncü çıxacaq. Ondan əvvəl Ukrayna və Belarus təmsilçiləri çıxış edəcəklər.
Ümumilikdə finalda 26 iştirakçı mübarizə aparacaq. Bunlardan 20-si keçirilən yarımfinallarla müəyyənləşib. Müsabiqənin təşkilatçısı olan "Böyük beşlik" ölkələri - İtaliya, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa və ötən ilin qalibi Danimarka finala birbaşa çıxıblar.
Finalda qalib gələn iştirakçı "Eurovision-2015" maşnı müsabiqəsinə ev sahibliyi hüququnu ölkəsinə qazandıracaq.
Danimarka üçüncü dəfədir müsabiqəyə ev sahibliyi edir. 1964 və 2001-ci illərdə də "Eurovision" bu ölkədə keçirilib.
Prqnozlara görə, "Eurovision" mahnı müsabiqəsinin dünya üzrə tamaşaçı auditoriyası 180 milyon nəfərə qədərdir. Bu il müsabiqədə 80 ölkədən 1600 jurnalist qeydiyyatdan keçib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı