Rusiyaya son xəbərdarlıq
Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Ukraynadakı böhranla bağlı Rusiyaya son xəbərdarlıqlarını ediblər. Almaniyanın şimalındakı Stralsundda jurnalistlərə açıqlama verən iki lider Ukrayna böhranının həlli üçün beş maddəlik təklif təqdim etdiklərini söyləyiblər. Merkel Şərqi Ukraynada Rusiya tərəfdarlarının keçirəcəyi referenduma qarşı çıxaraq Putinə müraciət etdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəlki xəbərdarlıqları dinləməyən Putin, cümə günü Krımdakı Qələbə Günü tədbirlərinə qatılıb. Rusiya prezidentini bu addımı Qərb ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ölkələr Putinin bu addımını Ukrayna böhranının həlli istiqamətində görülən işlərə zərbə vurmaq kimi qiymətləndiriblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı