Bakı meri "1-ci Avropa Olimpiya Oyunları" barədə banışdı
"I Avropa Olimpiya Oyunları"na ən yüksək səviyyədə hazırlaşırıq. Bu gün gördüyünüz Bakıdan daha gözəl Bakı olacaq. Bunu APA TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, "I Avropa Olimpiya Oyunları" ilə əlaqədar olaraq paytaxt hazırlıqlarına nə qədər vəsait ayrıldığını hələ ki, demək mümkün deyil. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sözlərinə görə, hazırda idman qurğuları tikilir. Bayıl ərazisində su idman qurğuları inşa edilir. 65 minlik idman arenası isə Şor gölü yaxınlığında tikilir. Eyni zamanda böyük Olimpiya şəhərciyi salınır. Bütün bu işlər Dövlətin ayırdığı büdcə hesabına aparılır.
Bakıda velosiped yolunun çəkilməsi barədə suala cavabında Bakı meri bildirib ki, geniş küçələr salınandan sonra velosiped yollarının da olması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı