Gənc sərhədçilər and içdilər
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonundakı Göytəpə Sərhəd Dəstəsinin Təlim-Tədris Mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir hərbi hissə komandirinin DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərova raportu ilə başlayıb. Sonra gənc sərhədçilər cərgə ilə meydana çıxaraq, Vətənə sədaqət andı içiblər.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin gənc əsgərlərə təbrik teleqramının mətni oxunub. Daha sonra DSX-nin nümunəvi hərbi orkestrinin müşaəti ilə Dövlət Himni ifa olunub.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı