“Mercedes” “Nikoil” bankın ofisinə girdi
Bakının Nəsimi rayonunda ağır qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Süleyman Rüstəm küçəsində qeydə alınıb. "99 CO 339"dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq, "90 FJ 655 "dövlət nömrə nişanlı “Mitsubishi Pajero” ilə toqquşub.
Zərbənin gücündən “Mercedes” bir neçə metr kənardakı “Nikoil” bankın 8 saylı filialına girib. Qəzada sürücülər xəsarət almasa da, avtomobillər ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı