Sərxoş kişi arvadı ilə davasına qarışan qardaşını bıçaqladı
Biləcəridə qardaş qardaşı bıcaqlayıb. Hadisə Fizuli küçəsində qeydə alınıb. Evə sərxoş gələn 1985-ci il təvəllüdlü İbrahimov Siyavuş Əfqan oğlu həyat yoldaşı ilə mübahisə edib. Bu zaman qardaşı Rəşad İbrahimov onların söhbətinə qarışıb.
Qulaq və qarın nahiyəsindən xəsarət alan Rəşad İbrahimov aldığı xəsarətdən yerə yıxılıb. Qardaşının al-qana boyandığını görən Siyavuş özünə gəlib.
APA TV-nin məlumatına görə, həkimlərin müdaxiləsindən sonra Rəşad İbrahimovun həyatını xilas etmək mümkün olub. Siyavuş İbrahimov saxlanılıb, faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı