Bank Of Baku

Bu gün Bakı-Sumqayıt yolu bağlanacaq

# 14:56
13 may 2014

Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərə bunu nəzərə almaları tövsiyə olunur. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR