Prokuror: "Tutulmalı olan rəislər ölüb"
Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə baş verən partlayışla bağlı Manisa Cümhuriyyət Baş prokuroru Durdu Kavak açıqlama verib. “Hürriyət”-ə danışan Durdu Kavak istintaq aparıldığını, ilk mərhələdə tutulmalı olan rəislərin də işçilərlə birlikdə öldüyünü bildirib.
“İstintaqın gedişində hər şey aydınlığa çıxacaq. Hələlik heç kim saxlanılmayıb. İstintaqçılar məsuliyyəti olan şəxsləri müəyyən edəcək. Bu hadisə rəislərdən tutmuş şirkət müdirinə, şirkət sahiblərinə qədər hamını əhatə edir. Günahı olanlar müəyyənləşdiriləcək. Ölü sayı dəqiq olmadığı üçün bu mövzuda hələlik bir söz deyə bilməyəcəm” - deyə o əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı