"Lada Priora" ilə "VAZ 2107" toqquşdu, yol bağlandı
Bakının Nərimanov rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb. Qəza nəticəsində "Lada Priora" ilə "VAZ 2107" toqquşub. Sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı Bakıxanov küçəsində tıxac yaranıb. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı