Bank Of Baku

Bakıda 21 yaşlı oğlan şərikini 17 bıçaq zərbəsyilə öldürdü

# 16:15
16 may 2014

Bakıda dəhşətli qətl törədilib. Maştağa qəsəbə sakini 17 bıcaq zərbəsi ilə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən APA TV -ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsinin Nizami küçəsində qeydə  alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Valeh Xalıqov aralarında yaranmış mübahisə zəminində əvvəllər şəriki olmuş 1975-ci il təvəllüdlü Arif Heybətovu bıçaqlayıb. Onlar birlikdə istixana işlədiblər.

Aldığı xəsarətlərdən Heybətov hadisə yerindəcə keçinib. Hadisəni törədən Valeh Xalıqov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR