Taksi polisin idarə etdiyi "Mercedes"i vurdu
Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası aeroport şossesində qeydə alınıb. "Mercedes" markalı avtomobil hava limanından şəhər mərkəzinə doğru hərəkətdə olarkən nasazlıq yaranıb. Sürücü qəza işıqlarını yandırıb və sürəti tam azaldıb. Bu vaxt arxadan sürətlə hərəkət edən "Opel" markalı avtomobil "Mercedes"ə çırpılıb. Taksi kimi fəaliyyət göstərən "Opel"də qadın sərnişin olub. O, qəzadan sonra başqa taksi ilə hadisə yerini tərk etsə də, sonradan 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət edib. Qadın sərnişinin xəsarətinin yüngül olduğu bildirilir.
Qeyd edək ki, "Mercedes"i polis əməkdaşı idarə edirmiş.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı