"Mercedes" əli uşaqlı ananı vurdu: Ana və 8 aylıq körpəsi öldü
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
APA TV-nin Lent.az istinadən verdiyi məlumata görə, Bakı-Ələt yolunda "Mercedes" markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub. Zərbənin gücündən ana və balası 15-20 metr kənara düşüblər. Onların hər ikisi hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma başlanılıb. Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı