1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib
Telman İbadov Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb.
APA TV-nin məlumatına görə, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.
Ramin Bayramlının digər əmri ilə İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib.
Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov onun yerinə təyin olunub.
İlham Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor müavini vəzifəsinə keçirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu