10 avtomobildən ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib

# 15:41
13 yanvar 2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

 

10 avtomobildən ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

Sülməramlılara məxsus təminat maşınlarının yoldan maneəsiz keçidini aksiya keçirilən ərazidə olan xarici KİV nümayəndələri də müşahidə ediblər.

 

Qeyd edək ki, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstandan olan KİV nümayəndələri aksiya keçirilən əraziyə gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR