100-dən çox sərnişini olan gəmidə GÜCLÜ YANĞIN
Filippin sahillərində gəmidə baş verən yanğın nəticəsində azı 7 nəfər həlak olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin sahil mühafizə xidməti məlumat verib.
Qeyd olunur ki, Polilo adasından Luson adasına yola düşən gəminin göyərtəsində 124 sərnişin və 10 heyət üzvü olub. Xilasedicilər yanan gəmidən 120 nəfəri xilas edə bilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. İtkin düşən 7 nəfərin axtarışları davam edir.
Yanğın gəminin sahilə çatmasına 1 km qalmış baş verib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu