100-ə yaxın iranlı zəvvar həlak oldu

# 11:49
20 sentyabr 2022

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İranlı zəvvar həlak olub.

 

APA TV xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb.

 

Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.

 

O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.

 

İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.

 

Qeyd edək ki, Ərbəin günü dedikdə şiəlikdə hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü nəzərdə tutulur. Bu gündə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. Bildirilir ki, İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR