100 manatlıq dərmanı 300 manata alırıq - Deputat
“Əhalinin sosial müdafiəsində ciddi problemlər var”. Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, Olimpiya Komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir: “Bu kimi yerlər təcili özəlləşdirilməlidir. Digər tərəfdən, dərmanların qiymətləri çox yüksəkdir. Bu qədər bahalaşıb, amma qarşısını almaq üçün tədbirlər görülmür. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib