113 gün kahada qalan kəlbəcərlilər danışdı

# 19:03
18 aprel 2022

Ermənilərin torpaqlarımızda törətdiyi ən dəhşətli qırğınlardan biri Kəlbəcər rayonunun Başlıbel kəndində yaşanıb.

APA TV-nin yeli bürosunun verdiyi xəbərə görə, Bu gün Kəlbəcər rayonun Başlıbel qətliamından 29-cu il ötür. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dölət Komitəsi Başlıbelə səfər təşkil edib. İllər sonra qətliamın şahidləri, öldürülən soydaşlarımızın yaxınları faciənin yaşandığı ərazidə olub.

Başlıbel qətliamı zamanı sakinlər mağaralarda sığınacaq tapıblar. 12 nəfər mağarda, 1 nəfər isə Tutqun çayının kənarında vəhşicəsinə qətlə yetirilib.

Başlıbel  kəndinə baş verən hadisə zamanı kənd sakini Nihat Əhmədov 18 gün mağarada qaldqıdan sonra ermənilər onu əsir götürüb. Həmin vaxtı  onun 13 yaşı olub, ermənilər Nihatın anasını və bacısını  vəhşicəsində qətlə yetiriblər.

Laçın rayon sakini Səlim Mehdiyev də hadisənin canlı şahidi olub. Müsahibimiz baş verən dəhşətləri belə xatırlayır.

Səfər çərçivəsində Başlıbel qətliamının zamanı ölənlərin məzarları ziyarət edilib, şəhid olmuş şəxslərin məzarları üzərinə güllər qoyulub, ruhlarına dualar oxunub.

29 il öncə bu mağaralara sığınan insanların paltarları, istifadə etdikləri bəzi məişət əşyaları, gülləboran nəticəsində darmadağın olmuş yorğan-döşəklərinin qalıqları burada hələ də qalır.

 Erməni işğalçıları Başlıbeli hissə-hissə talan edib, məscidi, xəstəxananı, kitabxananı  yandırıblar.

Xatırladaq ki, Başlıbel qətliamı 1993-cü il, aprelin 18-də Kəlbəcərin işğalı zamanı törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. 62 nəfərin sığındığı Portda adlanan ərazidəki mağaraları ermənilər mühasirəyə alıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – sığındıqları yerdə öldürülüblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Qətliamın izləri hələ də qalmaqdadır. Kənd boyu dağılan, yandırılan evlər bu gün də faciənin miqyasının necə böyük olmasının əsaslı sübutudur. Kəndin qəbiristanlığı dağıdılıb, məzarlar qazılıb.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Kəlbəcər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR