13 yaşlı qız Xaçmazda valideynlərinə təqdim olundu

# 19:36
23 may 2023

Tovuzdan ailə qurmaq məqsədilə Xaçmaza qaçan 13 yaşlı qız ailəsinə təhvil verilib.

13 yaşlı qızı polis əməkdaşları tərəfindən Xaçmazda valideynlərinə təqdim olunub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, ailə üzvləri azyaşlını evlərinə aparmaq üçün Xaçmaza gəlib. Cinayət işi üzrə azyaşlının ifadəsi alınıb və müvafiq ekspertizalar təyin olunub.

Qızı qaçıran şəxsin yaxınları onların sosial şəbəkədə tanış olduqlarını güman edir.

Qeyd edək ki, mayın 20-də Tovuzda 13 yaşlı qızın itkin düşməsi barədə məlumat yayılıb. 2010-cu il təvəllüdlü Tağıyevanın yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyü açıqlanıb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polisin keçirdiyi axtarış tədbirləri nəticəsində rayon sakini Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Onun qaçdığı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

13 yaşlı qızın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar saxlanılan S. Kavazov barəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxsin ilk nikahından övladlarının olduğu bildirilir.

 

Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR