14 min manata “sağaldılan” barmağı 13 gün sonra kəsdilər – Ailə şikayətçidir – APA TV

# 00:14
6 mart 2024

Hadisə zamanı xəsarət alan Tunar Ağamoğlanlının sözlərinə görə, fevralın 15-i dəsrdən qaçmaq istəyərkən qadının biri qapını bərk çırpıb və nəticədə barmağı qapının arasında qalıb. Yeniyetmənin anasının sözlərinə görə, həmin qadın barmağı götürüb direktorla birlikdə uşağı Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar.

Ailənin sözlərinə görə, əməliyyat üçün 5-6 saat xəstəxana axtarışına çıxsalar da, ya təchizat olmayıb, yada ki vaxt. Sevinc Sadıqova onu da bildirdi ki, Baku Medical Plazanın həkimləri əvvəlcə, barmağın sağaldılacağı qarantiyasını versələr də, əməliyyatdan sonra nəticənin 50/50-ə ola biləcəyinə dair sənəd imzalatdırıblar.

Uşağın barmağı əməliyyatla bərpa olunsa da, 13 gün sonra digər xəstəxana barmağı kəsmək məcburiyyətində qalıb. Maraqlısı budur ki, uğursuz əməliyyatın videosu hələ də həkimin sosial media hesabında uğurlu əməliyyat kimi qalmaqdadır. Tunarın ailəsi hadisəni törədən qadının zəng vurub maraqlanmamasına görə də narazı olduqlarını dilə gətirdilər. Hadisənin baş verdiyi 52 nömrəli tam orta məktəbə yollandıq. Bizi görər-görməz məktəbin qapılarını kilidləsələr də, direktorla əlaqə saxlaya bildik.

Onun sözlərinə görə, qapını çırpan qadın məktəbin təmizlik işçisi olub və hazırda işdən azad edilib.

LƏMAN SALEHOVA

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR