14 ölkədən gələn səyyahlar Ağdamı görüb dəhşətə gəldilər
14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. Ağdama səfər zamanı 14 ölkədən, 35 səyahətçi ANAMA-nın minatəmizləmə əməliyyatı ilə tanış olub. Səyahətçilər Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində aşkarlanan minaların yerində zərərsizləşdirilməsinə şahidlik ediblər. Daha sonra səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərini işğalda saxladığı müddətdə törətdiyi vəhşiliklərin izləri ilə tanış olublar. Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçirilib. Nümayəndə heyəti Ağdam şəhər Cümə məscidi, Ağdam Çörək muzeyinin qalıqları və Qarabağ xanlığının banisi Pənahəli Xan tərəfindən inşa edilən Şahbulaq qalası ilə tanış olub. Dünyanın tanınmış səyyahlarından olan Charles Veleyin rəhəbrlik etdiyi nümayəndə heyəti daha sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə yola düşüb. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib