15 nəfərlə 200 nəfər erməninin üzərinə hücum edirdik
Zəfər günü münasibətilə bir qrup Vətən Müharibəsi iştirakçısı ilə jurnalistlərin görüşü keçirilib.
APA TV-nin xəbərinə görə, görüşdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı Rüfət Musayev Vətən müharibəsində müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. Onun sözlərinə görə, 15-20 nəfərlə erməni alayına hücum edərək, düşmən üzərində qələbə qazanıblar: ”Düşmən 30 ildir bu hücumun olacağın bilirdi. Çox güclü mövqeləri vardı. Biz yəni Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları 15-20 nəfərlə döyüşə girirdik. Lakin o 20-15 nəfərlə bir alayın üstünə hücuma keçirdik. Gecə hücumlarımız olurdu, bizim sayımız az olduğu üçün yaralımız çox idi, amma biz daim irəli gedirdik”.
Rüfət Musayev deyir ki, müharibə zamanı əsgərlərimizin necə həvəslə, böyük şücaətlə döyüşə atıldıqlarını gördüm. Əsgərlərin gözündə düşmənə qarşı nifrət olduğunu qeyd edən miçman deyir ki, yeganə amalın torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması idi.
Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Taleh Həşimov isə deyir ki, müharibə zamanı o, Cəbrayıl, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib: ”Biz şəhidlərimizin qisasın aldıq. Mən və mənim döyüş yoldaşlarım düşmənə sarsıdıcı zərbə endirərək, işğal olunmuş torpaqların qaytarılmasında tarix yazdılar. Biz bu gün zəfər çalmış bir ordunun hərbiçiləri olaraq qürur duyuruq”.
Taleh Həşimov Vətən Müharibəsindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, həmçinin "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Semral Cavad,
Samir Qaragözov,
APA TV
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)