1500-1800 yaşlı abidəmiz məhv edilib
”Ermənilərin məhv etdiyi təbiət abidələrindən ilk olaraq Şərq çinarı yada düşür. Həmin Şərq çinarlarının bir çox hissəsi Bəsitçay dövlət qoruğunda yerləşirdi. Həmin qoruğun 50 faiz hissəsi isə məhv edilib”.
Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev APA TV-nin suallarını cavablandırarkən deyib.
Nazir müavini bildirib ki, həmin qoruğun bir çox hissəsi minalanıb, adı çəkilən ərazilərdə ANAMA-nın əməkdaşları tərəfindən minatəmizləmə işləri aparılır: ”Sovetlər dönəmində nazirlik tərəfindən Zəngilanda 152 təbiət abidəsi qeydə alınıb. Həmin təbiət abidələrindən 95 faizi artıq məhv olunub. Bu isə o deməkdir ki, 1500-1800 yaşlı abidəmiz məhv edilib”.
Nazir müavinin sözlərinə görə, ermənilər ağaclarla yanaşı, çaylarımıza qarşı da ekoterror həyata keçirib. Ən acınacaqlı durumda olan isə Ovçuçaydır: ”Ən böyük problem bizim üçün Ovçuçaydır. Bu beynəlxalq səviyyədə müzakirə olunan bir məsələdir. Onlar bu çayı zəhərləyərək flora və faunaya ciddi ziyan vurub. Ona görə də bütün dünya ictimaiyyəti bu məsələdə mövqeyini bildirməlidir”.
Qeyd edək ki, ermənilər işğal dövründə Zəngilandakı Şərq çinarlarını kəsərək Ermənistana aparıb satırdılar. Bu çinarların yaşı isə min ildən çoxdur.
Semral Cavad
Ceyhun Mustafayev
APA TV
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)