1500 ədəd ot dərzi yandı
Ağdamda 1500 ədəd ot dərzi yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Kənd sakini Əliyev Saleh Zahid oğluna məxsus ot dərzi tayasında başlayan güclü yanğın nəticəsində 1500 ədəd ot dərzi yanaraq yararsız hala düşüb.
Yanğın, Ağdam rayon yanğından mühafizə bölmələri tərəfindən lokallaşdırılıb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu