170 türk əsgərinin yazdığı TARİX: 104 İL ÖNCƏ

# 19:21
15 sentyabr 2022

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni və bolşeviklərdən azad edilməsinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

APA TV xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçilərimizi anıb, şəhidlərimizin yaxınlarına səbr diləyib.

 

 

Daha sonra çıxış edən Milli Məclisin üzvü Anar İsgəndərov Bakının azadlığı uğrunda canından keçən türk şəhidlərinin xalqımız üçün böyük məna ifadə etdiyini və bizi bir-birimizə daha da yaxınlaşdırdığını bildirib:

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə qeyd edib ki, 104 il əvvəl olduğu kimi bu gün də biz hər bir hadisədə Türkiyənin dəstəyini, qardaşlığını görürük.

 

Tədbirdə digər rəsmilər də çıxış edib və onlar da bu şanlı tarix haqda fikirlərini bildiriblər.

Qeyd edək ki, Türkiyə səfirliyində Bakının işğaldan azad edilməsi ilə bağlı sərgi də təşkil olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR