18 ildən sonra üstü açılan cinayətin TƏFƏRRÜATI

# 13:21
14 aprel 2022

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycanda 18 il əvvəl baş verən qətl hadisəsi barədə birgə məlumat yayıb.

 

DİN-dən APA-ya daxil olan birgə məlumatda deyilir ki, 18 il əvvəl - 2004-cü il aprelin 26-da 75 yaşlı Rəhilə Cəlilovanın və nəvəsi 33 yaşlı Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb.

 

İlkin dindirmə zamanı Anar Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.

 

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR