2 aylıqdır, ürəyi xəstədir - Sizdən kömək gözləyir

# 18:44
29 mart 2022

Goranboyun Qızılhacılı qəsəbəsində iki ay öncə dünyaya göz açan Zəhra Əzizova anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Zəhra 2022-ci ilin 27 yanvarında anadan olub. Valideynləri azyaşlın anadan  olduqdan təxminən  40 gün sonra inkişafdan dayandığını müşahidə ediblər. Müayinə zamanı  Zəhra Əzizovanın  ürəyində problem olduğu məlum olub. Zəhranın anası Aytən Şükürova   deyir ki, həkimlər onun övladına 3 ay  vaxt veriblər. Əgər uşaq əməliyyat edilməsə yaşamayacaq. Zəhranın əməliyyatına 12 min manat pul lazımdır.

Zəhranın valideynlərinin imkanı olmadığı üçün ana nənəsi ilə qalmalı olublar. Azyaşlının babası və nənəsi APA TV vasitəsi ilə balaca Zəhraya kömək üçün imkanlı şəxslərə müraciət edib.

Zəhranın atası Zaməddin Əzizov deyir ki, mən bir istəyim var, övladımın sağalmasına köməklik etsinlər. Onun sözlərinə görə övladının xəstəliyi ilə bağlı bir çox quruma müraciət edib. Həmçinin Goranboy rayonun İcra hakimiyyətində də olub, yardım istədiyi zaman kobud rəftarla qarşılaşıb.  

Məsələ ilə bağlı Goranboy rayonun icra hakimiyyətində olduq. İcra hakimiyyətindən APA TV-yə şifahi olaraq  bildirildi ki, Zəhranın atası Zaməddin Əzizov həqiqətən də bir neçə dəfə icrada olub. O, icra hakimiyyətinin təşəbbüsü ilə Dost İş mərkəzində işlə təmin olub.

Qeyd edək Aytən Şükürovun ötən il daha bir övladı naməlum xəstəlikdən vəfat edib.

Zəhra Əzizovaya kömək etmək istəyən şəxslər videoda göstərilən bank hesabına pul köçürə və ya göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər. Biz də APA TV olaraq 2 aylıq Zəhraya allahdan şəfa diləyirik.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR