20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edildi
20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.
APA TV-nin məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib.
"8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru sərhədi ilə Bişkekə çatdırılıb. Pandemiya ilə bağlı quru sərhədləri bağlı olsa da, istisna hal kimi bu proses baş tutub. Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır", - deyə səfirlik əməkdaşı vurğulayıb.
O diqqətə çatdırıb ki, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu