200 avropalı ekspert İrəvana niyə göndərilir? - Ermənistan savaş meydanına çevrilir

# 19:41
17 yanvar 2023

Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. Bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Bildirilib ki, ekspertlərin fəaliyyəti azı iki il davam edəcək. Ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib. Layihə müşahidə missiyaları ilə məşğul olan əsas struktur - Anti-Böhran İdarəetməsi üzrə Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib və missiya fevralın 20-də Ermənistanda olacaq.  Məlumatda bildirilib ki, 2 aylıq missiyadan fərqli olaraq, budəfəki heyət Ermənistanın bütün ərazisində müşahidə aparacaq. Müşahidəçilərin sayı barədə hələlik rəsmi məlumat olmasa da, mediada onların 200 nəfər olacağı barədə məlumatlar tirajlanmaqdadır. Görəsən, avropalıların Ermənistana əvvəlki monitorinq qrupundan daha çox və daha uzunmüddətli gəlişlərinin məqsədi nədir?

 

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu proses Ermənistan uğrunda davam edən Rusiya və Qərb arasında geosiyasi savaşın tərkib hissəsidir. O əlavə edib ki, Avropanın göndərdiyi müşahidəçilər sərhəddəki Rusiya ordusuna nəzarət edəcək.

Əziz Əlibəyli əlavə edib ki, Ermənistan Qərb və Rusiya arasında növbəti toqquşma meydanına çevrilir. O qeyd edib ki, siyasi proseslər artıq Ermənistan ordusu üzərində qurulmaqdadır və bu da bölgədə Qərbin hərbi kimliyinin inşası prosesinin getdiyini deməyə əsas verir.

 

Qeyd edək ki, budəfəki missiya müşahidəçiləri də ötəndəfəki kimi silahsız olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR