200-ə yaxın ailənin istifadə etdiyi yolda sürüşmə baş verdi

# 16:10
18 yanvar 2023

Lerikdə torpaq sürüşməsi baş verib. 

 

Son günlər havanın  mülayim keçməsi, bölgəyə yağan güclü qarın əriməsi dağətəyi ərazilərdə sürüşmə zonalarını yenidən aktivləşdirib. Torpaq  sürüşməsi  Lerik rayonunun Hamarmeşə  kəndində qeydə alınıb. Aktiv sürüşmə  Rauf Əhmədov və onun qonşusu Fərman Haşımovun  həyətyanı sahəsində müşahidə olunub. 

 

Torpaq qatı sürüşərək Rauf Əhmədovun yaşadığı evin divarlarına qədər yaxınlaşıb. Evdə çat əmələ gəlib.

 

Bu vəziyyət, ətrafda yaşayan sakinləri də narahat edir. Onların sözlərinə görə, kənd məktəbinə gedən əsas yol da sürüşməyə məruz qalıb.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov APA TV - nin yerli bürosuna bildirib ki, aidiyyəti orqanlar bu barədə məlumatlıdırlar.

 

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev APA-ya açıqlamasında bildirib ki, Agentlik nümayəndələri sözügedən əraziyə gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR