21-ci əsrdir, İran öz ərazisindəki səfirliyi qoruya bilmir, bundan utanmalıdır

# 19:44
30 yanvar 2023

“Azərbaycan və İran arasında münasibətlərin korlanmasına yönəlmiş ritorikadan istifadə  olunmamalıdır. Biz bir neçə dəfə İran tərəfinin yersiz və  məsuliyyətsiz bəyanatlarının şahidi olmuşuq.Heç şübhəsiz ki, bütün bunlar münasibətlərin kəskinləşməsinə gətirib çıxarır”. Bunu ilahıyyatçı Hacı Şahin Həsənli bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də bildirdi ki, bu gün Azərbaycanın atdığı məqsədyönlü addımlar, regionda qüdrətli söz sahibi olması bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılanır.Bu baxdımdan da İrandakı səfirilyimizə edilən terror hücumu deməyə əsas veir ki, bu iki ölkə arasındakı münasibətlərə kölgə salmağa hesablanıb.

Deputat Naqif Həmzəyevin fikrincə isə 21-ci əsrdə diplomatik korpusu qoruya bilməmək həmin ölkənin adına utancverici  haldır. İndi İran tərəfinin diplomatlarımızın təhlükəsizliyini təmin edə biləcəklərinə heç inamımız yoxdur.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Bu gün isə şəhid Orxan Əsgərovun cənazəsi II Şəhidlər Xiyabanında torpağa tapşırııb. Onu da qeyd edək ki,  Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR