21 yanğın hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
FHN-dən APA TV-yə verilən xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən tədbirlər nəticəsində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" və “Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 83 yaşlı Arif Musayevin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib