21 yaşlı oğlan dostunu dəfələrlə bıçaqladı
Şabranda qətl hadisəsi olub.
Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 15-i saat 23 radələrində 25 yaşlı Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 21 yaşlı Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, dostlar arasındakı mübahisə qız üstündə yaranıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı