22 yaşlı gənc yas mərasimindən gəlib niyə özünü asdı? - TƏFƏRRÜATLAR

# 20:12
22 oktyabr 2021

 

Qaradağ rayonunda intihar hadisəsi baş verib.

 

Gecə saat 11 radələrində 22 yaşlı Rzayev Sənur Sahil oğlu öz evlərinin həyətindəki ağacdan özünü asaraq intihar edib.

 

Mərhumun yaxınları çəkiliş etməyimizə icazə verməsələr də. Dayısı şifahi olaraq bəzi məlumatlar verdi. Onun sözlərinə görə, sakit təbiətli olan Sənurda özünə qapanma, depressiya kimi halları müşahidə etməyiblər. Hadisə baş verən gün səhər saatlarında Sənur dostunun atasının yas mərasimində iştirak edib. Oradan gəldikdən sonra yatmaq üçün otağına gedib, ailəsi gecə saatlarında onu həyətdəki ağacdan asılı vəziyyətdə tapıblar.

 

Qeyd edək ki, ailədə iki qardaş bir bacı olan Sənur orta məktəbi bitirdikdən sonra dayısının yanında. mağazada satıcı işləyirmiş.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR