25 il məhkumluq həyatı yaşayan narkotacir saxlanıldı

# 11:43
1 fevral 2022

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində  narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

Şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Hafiz Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu,  APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR