25 manatlıq toyuq necə 40 manat oldu? - Hamı bu suala cavab axtarır

# 19:25
29 dekabr 2022

Bura Lənkəran bazarıdır. Bir neçə gündür bazarda canlanma hiss olunur. Hər kəs yeni il gecəsini xoş keçirtmək üçün alış – verişə çıxıb. Alıcılar daha çox quş əti, ət məhsulları və meyvə - tərəvəz almağa üz tuturlar. Qiymətlər məhsullara görə dəyişir.

Bu il qiymət artımı daha çox quş ətinin qiymətində hiss olunur.

Lənkəranda bayram süfrəsini balıqsız təsəvvür etmək olmaz. Odur ki, üz tuturuq balıq bazarına. Satıcılar bildirir ki, bir neçə gündür ki, balıq məhsullarının qiymətində artım var. Bunun səbəbi isə balıq məhsullarının az olmasıdır.

Bəs görəsən meyvə-tərəvəz üçün bazara üz tutan alıcıları hansı qiymətlər qarşılayacaq?

Alıcıların bildirdiyinə görə, Lənkəranda normal yeni il bazarlığı etmək üçün cibinizdə ən azı 200-250 manat olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR