26 avqust Laçın şəhəri günüdür
26 avqust Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür. APA TV xəbər verir ki, 26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də nəzarətə götürülüb. Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyinə görə şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, Laçın dəhlizinə alternativ olaraq 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan tərəfi isə razılaşmaları daha tez zamanda başa çatdırıb, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənib və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanılıb. Cəmi 1 il 8 ay sonra alternativ yolun çəkilişi başa çatıb. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülüb. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü təsis olunub.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)