“28 May” nə günüdür?
“Əslində, dövlətlər quruluşuna görə unitar, federativ, konfederativ, formasına görə isə respublika, monarxiya və s. olur”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti də dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, biz SSRİ-nin tərkibindən çıxmaqla öz müstəqilliyimizi bərpa etmişik: “Ona görə də 1918-ci ilin 28 mayının Müstəqillik Günü elan edilməsi çox əhəmiyyətlidir. Biz bu tarixdə müstəqil dövlət olduq. O vaxt dövlət idarəetməsinin respublika şəklində olması ikinci dərəcəli məsələ idi. Azərbaycanda o vaxt dövlət yox idi ki, onu devirib respublika elan edək. Biz dövlət müstəqilliyimizdən danışarkən o günü bizə bəxş edən insanları xatırlamalıyıq. Azərbaycan Respublikası dövlət olaraq, 1918-ci il mayın 28-də elan olunub, bu, Müstəqillik Günüdür. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyimizi bərpa etmişik. Hər iki məsələ layihədə çox düzgün qoyulub. Bununla bağlı sosial şəbəkələrdə manipulyasiya etmək istəyən şəxslər var. Onlara üzümü tutub deyirəm ki, əslində, müstəqilliyin elan olunması tarixi baxımdan daha mühümdür, daha möhtəşəm hadisədir”.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)