28 məktəbdə yüzlərlə şagird zəhərləndi

# 14:55
12 aprel 2023

Aprelin 11-i İranın bir neçə şəhərinin 28 məktəbində yüzlərlə şagird zəhərlənib.

Bu barədə yerli sosial media fəalları və şagirdlərin valideynləri məlumat yayıb.

Zəhərlənmə halları İsfahan, Şiraz, Qunavə, Zəncan, Təbriz, Məşhəd, Şahinşəhr və başqa şəhərlərdə baş verib.

Şahinşəhrdə zəhərlənmə xəbərinin yayılmaması üçün məktəbin qapısı bağlanıb, giriş-çıxışa icazə verilməyib.

Valideynlər şagirdlərə yardım məqsədilə qapını qırıb. Məktəb rəhbərliyi isə hadisə yerinə polis qüvvələri çağırıb. Valideynlərlə məmurlar arasında qarşıdurma yaşanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR