28 yaşlı xanım prokuror vəfat etdi
28 yaşlı xanım prokuror vəfat etdi Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib. APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il prokurorluq orqanlarına qəbul olunan 28 yaşlı Ş.Quliyeva xəstəlik səbəbindən dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib. Qeyd edək ki, prokurorluq orqanlarına yeni qəbul olunan Ş.Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub. Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı