29 yaşlı Münəvvərin ölümündəki müəmma

# 21:12
25 yanvar 2022

Göyçayda fermada asılmış vəziyyətdə aşkar edilmiş 29 yaşlı Münəvvər Məmmədovanın valideynləri onun qəsdən öldürüldüyü iddia edir.

 

Mərhumun atası Şamil Novruzov APA TV-yə  bildirib ki, hadisə bu il yanvarın 6-da səhər saatlarında baş verib. Qızının qayınanası Nurbahar Məmmədova onlara zəng edərək, Münəvvərin böyrək çatışmazlığından vəfat etdiyini deyib.

 

Şamil Novruzov həmçinin onu da bildirir ki, qızı ayrıldıqdan sonra uşaqlarının ona verilmədiyindən ehtiyat üçün ayrılmaq istəmirdi: “Noyabr ayının 10-u 15-i qızımı təpiklə vurub otluğa yıxmışdır. Qızım bizlə danışan zaman gəlib onu boğmuşdu. Morqdan qardaşıma deyildi ki boğaraq öldürüblər. Mənim qızımı niyə belə elədilər o buna layiq deyildi”.

 

APA-nın əməkdaşı Münəvvər Məmmədovanın həyat yoldaşı ilə də danışıb. M. Məmmədovanın həyat yoldaşı Sahil Məmmədov hadisə ilə bağlı həm özü, həm də anasının prokurorluqda ifadə verdiklərini bildirib. S.Məmmədov həyat yoldaşının başqa biri ilə münasibətlərinin olduğunu da iddia edib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirib ki, qeyd olunan faktla bağlı hazırda Göyçay rayon prokurorluğunda tam və hərtərəfli araşdırma aparılır. Nəticəsindən asılı olaraq hüquqi qiymətin verilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR