2981 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü - STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU