3 günə 3 kq necə arıqlayaq? - DİETOLOQDAN ŞOK RESEPT

# 16:32
3 yanvar 2022

“Bayramda aldığınız kilolardan cəmi 3 –günə xilas olmaq istəyirsinizsə qulağınız biz də olsun.

APA TV xəbər verir ki,  bunun qaydasını dietoloq Leyla Zülfüqarova açıqlayıb: “Əslində bayram da aşırı yeməklər yedik. Əslində mən buna həmişə “qarın bayramı”  deyirəm. Bundan sonra orqanizmə istirahət vermək lazımdır. Yalnız 1 gün bədənə istirahət verib, qarşıdakı günləri yenidən yemək olar , amma təbii ki, bayramdakı kimi ağırlıqlı qidalarla yox. Bilirsiniz yemək porsiyası qızıl qaldadır.  Sağlam bəslənmə. Miqdar önəmlidir. Orqanizmə istirahət vermək tamamilə aclıq deyil. Yalnız 1 gün eyni tərkibli qidalarla qidalanmaq sizə istədiyiniz çəkiyə qayıtmaq imkanı verəcək. Bu mono diyet deyil. Yəni bitki, tərəvəz tərkibli qida rasionu tərtib edin özünüz üçün, ət yeməmək şərti ilə. Tərəvəz salatını 3 saatdan bir gündə 3 dəfə yemək və bu iki-üç gün davam edərsə 3 günə 3 kq verə bilərsiniz. Təbii ki, bitki çayı qəbul edə bilərsiniz. Bundan başqa tərəvəz sevmirsinizsə, bunu qatıqla da əvəz edə bilərsiniz. 3 saatdan bur bir stəkan qatıq. Arada atışdırmalar olmaq şərti ilə məsələn, 5 ədəd badam, az miqdarda meyvə qurusu da rasiona əlavə oluna bilər. Amma fiziki aktivlik də şərtdir”.

Dietoloq deyir ki, əslində fiziki aktivlik həyat tərzidir: “Belə yaşamaq da gözəldir. Tənəffüs orqanları, ağ ciyər üçün təmiz hava şərtdir. Amma mənim arıqlama proqramımda idmanla arıqla deyə bir şərt yoxdur. Amma idman unikal sağlamlıq formasıdır. İdman üçün artıq çəki vacib deyil. Hətta arıq insan belə idmanla məşğul olmalıdır”.

Dietoloqun sözlərinə görə, hər  bir saatdan bir su yaxud da bitki çayı içmək lazımdır.  O bildirib ki, çox suyun da faydası yoxdur, bunun da norması gözlənilməlidir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR