30 il əvvəl Füzulidə itkin düşən Əsəd Məmmədovun qalıqları Ağstafada dəfn olunub
30 il əvvəl Füzuli rayonunda itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna aparılıb. Şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin qalıqları Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Onun qalıqları bir qədər əvvəl Füzulidə kütləvi məzarlıqda tapılıb. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu