Bank Of Baku

30 il əvvəl itkin düşən Əli Hüseynovun qalıqları Füzulidə dəfn olunub

# 19:31
11 sentyabr 2023

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə aparılıb. Əli Hüseynovun qalıqları Füzuli rayonunun Yağlıvənd kənd qəbiristanlığında, ata-anasının məzarlarının yanında torpağa tapşırılıb. Şəhidin yaxınları bildirib ki, Əli Hüseynov I Qarabağ müharibəsi başlayan ilk gündən torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb. İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib. Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR