30 il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin qalıqları Füzulidə dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Allahverdiyev Şəmsəddin Əvəz oğlunun 30 ildən sonra kütləvi məzarlıqda tapılan meyitinin qalıqları Füzuli rayonuna aparılıb. Füzuli rayonunun 9-cu Qayıdış qəsəbəsində bununla bağlı mərasim keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhidin qalıqları rayonun Mahmudlu kəndinin qəbiristanlığında dəfn edilib. Şəhidin tabutunun üzərinə sərilən Azərbaycan bayrağı qardaşı Güloğlan Allahverdiyevə təqdim olunub. Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyunun 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. 1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd Rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu