30 nəfərlik beynəlxalq heyət Şuşaya səfər etdi
12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.
ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olmağa başlayıb.
Qeyd edək ki, bu gün beynəlxalq səyyahlar heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar bu gün səhər Füzuli rayonuna səfər edib, Füzuli Beynəlxalq Hava Limanında olublar.
Daha sonra səyyahlar işğaldan azad olunmuş Xocavənd rayonuna gəlib, tarixi Azıx mağarası ilə tanış olublar.
Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu